HAQQIMIZDA

Benilüks Azərbaycanlıları Konqresi Haqda məlumat

 

  Benilüks Azərbaycanlıları Konqresinin Hesabatı

         2009-cu ilin mart ayının 7-də Niderlandın paytaxtı Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin II qurultayı keçirilmişdir. Qurultayda Azərbaycan Respublikası Milli Məclisin deputatları-Azərbaycan Niderland Parlamentlərarası İşçi Qrupun rəhbəri  Adil Əliyev  və Azərbaycan Lüksemburq Parlamentlərarası İşçi Qrupun rəhbəri Elmira Axundova iştirak etmişlər. BAK-ın II qurultayında  Millət Vəkilləri ilə birlikdə həmçinin Heydər Əliyev Fondunun Rumıniyadakı təmsilçisi Hacıyev İqbal , Azərbaycan Respublikası Diaspora Komitəsinin Avropa şöbəsinin müdiri İlham Məmmədov və digər əməkdaşları,  Azərbaycanın, Qazaxıstanın, Gürcüstanın, Ukraynanın, Özbəkistanın  və Türkiyə Cumhuriyyətinin Niderland Krallığındakı əlahiddə və səlahiyyətli səfirləri iştirak edərək nitq söyləmişlər.  Amsterdam şəhər meri Job Kohen, Niderland Krallığı Parlamentində və hökumətdə təmsil olunmuş PVDA (Isci Partiyasi)-dan Hollandiya millət vəkili Songul xanım Akkaya, Şimali Hollandiya Parlamentinin üzvü K.Gor,  və bir sıra partiyaların üzvləri də iştirak etmişlər. Niderlanddan olıan Millət Vəkilləri və aparıcı partiyaların səlahiyyətli üzvləri gələcəkdə də Benilüks Azərbaycanlıları Konqresi ilə daha sıx əməkdaşlıq edəcəklərinə, təmsil etdikləri partiyaların Azərbaycan həqiqətləri haqda daha ətraflı məlumata malik olmaları üçün Azərbaycana rəsmi səfərlər edəcəklərinə söz vermişlər.

 Həyata keçirilmiş layihələrin qısa xronologiyası:               

              Beneluks Azərbaycanıları Konqresi BAK 2006-cı il 18 noyabr tarixində Hollandiyanın paytaxtı Amsterdam şəhərində 15 təşkilatın birləşməsi nəticəsində yaranmışdır. Konqresin təşəbbüs qrupunun məqsədi Belçika, Niderland və Luksemburqda uzun illər boyunca pərakəndə şəkildə fəaliyyət göstərən onlarla diaspora təşkilatını bir konqresdə birləşdirmək və birləşmə nəticəsində yaranacaq BAK –ın fəaliyyətini birgə kordinasiya edərək daha effektli fəaliyyət göstərməkdən ibarət olmuşdur. BAK da birləşmiş bütün təşkilatların məqsədi vətənimizə, dövlətimizə xidmət etmək və Azərbaycanımızı Avropada layiqincə təmsil etməkdən ibarətdir. Qeyd etmək istərdik ki, BAK da birləşmiş bütün təşkilatların rəhbərləri və üzvləri xalqımızın Ümummillli lideri Heydər Əliyev siyasətinin və bu siyasəti uğurla davam etdirən Prezidentimiz İlham Əliyev cənablarının sadiq tərəfdarlarıdırlar. BAK da azərbaycanlılarla yanaşı həmdə İrak türkmənləri 9 təşkilatla federasiya şəkilində təmsil olunmuşlar. Konqres yarandığı tarixdən Azərbaycanın Avropada layiqincə təmsil olunması, erməni təbliğat maşının qarşısınının alınmasında öz töhfəsini verməyə müvəffəq olmuşdur. Doğrudur əldə olunmuş nailiyyətlər hələ də istənilən səviyyədə olmasada yenədə bu vaxta qədər mövcud olmuş boşluq doldurulmuşdur ki, bu da Beneluks ölkələrində ermənilərin sərbəst şəkildə öz yalan təbliğatlarını yaymaları üçün BAK keçilməz maneəyə çevrilmişdir.

7 mart 2009 cu il tarixində Benilüks Azəraycanlıları Konqresinin II qurultayı zamanı Konqresin yaradılmasında əvəzsiz rolu olmuş Sahil Qasımov sədr vəzifəsindən istefa vermişdir. Nizamnaməyə əsasən konqresə sədr 2 il müddətinə seçki yolu ilə seçilir. Nizamnaməyə əsasən seçki keçirilmiş Benilüks Azəraycanlıları Konqresinə 2009-2011 -ci illər tarixində sədrlik edəcək şəxs Hollandiya Həmrəylik  Cəmiyyətinin sədri, BAK-ın vitse prezidenti Elsevər Məmmədov seçilmişdr. Qurultayın gedişi zamanı Sahil Qasıımovun BAK yaranmasında və ilk 2 illik fəaliyyəti dövündə vətən üçün vicdanla çalışdığı və onun fəaliyyəti nəticəsidə BAK inkişaf edərək mükəmməl əlaqələrə malik olduğu  əsas gətirilərək Benilüks Azərbaycanıları Konqresinin fəxri sədri seçilməsi təklif edilmişdir. Təklif yekdilliklə qəbul edilmişdir. Hal hazırda Beilüks Azərbaycanlılaı Konqresinin sədi Elsevər Məmmədovdur. 

Diaspora təşkilatı olaraq BAK-ın ilk nailiyyətlərindən biri Niderland və Azərbaycan dövlət orqanları, parlamentlər, Heydər Əliyev Fondu, Azərbaycanın Niderland Krallığındakı səfiri, eləcədə Diaspora Komitəsi, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həm Azərbaycanın həm də Niderland Krallığının Turizm Nazirlikləri, hər iki dövlətin Xarici İşlər Nazirlikləri, siyasi partiyalar və qeyri hökumət təşkilatları ilə sıx əməkdaşlıq edə bilməsidir. BAK-in əsas məqsədi mövcud bütün imkanlardan istifadə edərək Azərbaycan dövlətini və xalqımızı Avropada layiqincə təmsil etməkdən ibarətdir. Azərbaycan dövlətinin və xalqının mənafeləri naminə bütün sivil vasitələrdən istifadə edərərk xalqımızın mədəni-tarixi irsinin və Qarabağın erməni dövləti tərərfindən işğal edilməsi faktının, Xocalı və 20 Yanvar soyqrımının Avropa siyasi elitası tərfindən qəbul edilməsi bizim vətəndaşlıq borcumuzdur ki, bu borcu ödəmək üçün bütün BAK üzvləri tam qüvvələri ilə usanmadan çalışırlar.

1)  Holland rejissoru Suzan Kruqerin ermənilərin tam mənafeyinə hesablanaraq çəkidiyi «Ümid sonuncu ölür» filminin nümayişinin qarşısı BAK tərəfindən qətiyyətlə alınmışdır. Bu filmin kinoteatrda nümayişi həm də prokata verilməsi rəsmi olaraq qadağan edilmişdir.

2)  Erməni rejissoru Vardan Ovanesyanın Qarabağa həsr edilmiş «Hərb və sülh insanlarının aqibəti» filminin İdfa Beynəlxalq Kinofestivalında mükafata layiq görüləcəyi artıq bir sıra qüvvələr tərəfindən razılaşdırılmışdır. Yenə BAK-ın faktlara söykənmiş təkidi və israrı nəticəsində filmin fistivaldan çıxarılması təmin edildi. Filmin Niderland Krallığında kinoteatrlarda nümayişinə və prokatına rəsmi olaraq qadağa qoyulmuşdur.

3) 2007-ci ilin fevral ayında Xocalı soyqırımı ilə əlaqdar BAK tərəfindən Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamenti qarşısından Ermənistan səfirliyinə qədər möhtəşəm yürüş-mitinq keçirilmişdir ki, bu yürüş Türk, Azərbaycan və Holland televiziyaları vasitəsi ilə bütün dünyaya yayımlanmışdır. Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsinin və Xocalıda törədilmiş soyqırımı özündə ehtiva edən bəyanat Avropa Parlamentinə çatdırılmışdır.Yürüş zamanı və sonra Heydər Əliyev Fondundan əldə etdiyimiz Xocalı soyqrımını faktlarla əks etdirən 200 ədəd müxtəlif dillərdə çap olunmuş broşurlar toplusu, Əsir və İtkin Düşmüş vətəndaşlarla iş üzrə işçi qrupun rəhbəri Firudin Sadıqovun müxtəlif dillərdə göndərdiyi 300 ədəd «Erməni Terroru» adlı kitablar və mini cd lər, BAK rəsmi mətbu orqanı «Azərbaycan Benelux News » qəzetinin soyqırıma həsr edilmiş ingilis və flamand dilində olan 5000 tirajla çap olunmuş xüsusi buraxılışı Benilüks ölkələrində müxtəlif ünvanlara, o , cümlədən ictimai təşkilatlara, elektron və yazılı KİV-lərə, siyasətçilərə individual olaraq çatdırılmışdır. 

4)  2007-ci ilin sentyabr ayından BAK Amsterdam şəhərində Heydər Əliyev Fondunun və Azərbaycanın Holandiyadakı səlahiyyətli səfiri Fuad İsgəndərovun köməkliyi ilə bazar günlərində fəaliyyət göstərən ana dili məktəbi açmağa müvəffəq olmuşdur ki, həmn məktəbdə azərbaycanlı uşaqlarla yanaşı İraq türkmənləri uşaqları da təhsil alırlar. 

5)  2008-ci ilin may ayında Azərbaycan Respublikasının 90 illik müstəqillik yubileyi münasibəti ilə BAK Rotterdam şöbəsi Rotterdam şəhərində daha bir ana dili məktəbi açmağa müvəffəq olmuşdur. Məktəb azərbaycanlı uşaqlarla yanaşı bütün türk dilli xalqların uşaqlarının da dərs ala bilmələri üçün ən son texniki avadanlıq və dərs ləvazimatları ilə təchic olunmuşdur. 

   6) BAK Rotterdam şöbəsi azərbaycanlı və ümumiyyətlə türk gənclərin pulsuz

olaraq Kikboksinq, eləcədə də digər idman növləri ilə məşğul olmaları üçün Rotterdam şəhərindəson model idman avadanlıqları təchiz olunmuş idman zalı açmağa müvəffəq olmuşdur. Hazirda idman zalında 120 nəfər azərbaycanlı, 43 nəfər İrak türkməni və 67 nəfər Türkiyədən oaln gənclər pulsuz olaraq idanın müxtəlif növləri ilə pulsuz məşğul olurlar ki, həmin gənclər Niderland və Belçika Krallığında Azərbaycan diasporasının keçirdiyi kütləvi tədbirlərin təhlükəsizliyini yüksək səviyyədə təmin edə bilirlər.  

  7)   Bundan əlavə BAK Azərbaycan diasporasında ilk dəfə olaraq Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-Hollandiya, Azərbaycan-Belçika, Azərbaycan-Luksemburq parlamentlər arası hər üç işçi qrupun rəhbərləri Adil Əliyev, Qüdrət Həsənquliyev və Elmira xanım Axundova ilə danışıqlar apararaq işçi qruplara daxil olan 17 millət vəkili ilə birlikdə fəaliyyət göstərmək haqda rəsmi razılığa gəlmişik. Hazırda BAK-ın vasitəçiıiyi ilə Milli Məclis üzvləri ilə Beniluks ölkələri parlamentariləri arasında sıx əlaqələrin qurulması, parlamentarilərin BAK-la əlaqələrinin yaranması, dövlətimizin mənafeyini təmin edə biləcək məqamlarda Azərbaycan diasporasının dəstəklənməsi üzrə razılıqlar əldə olunmuşdur. 

8)  2008-ci ilin fevral ayında BAK Bakı nümayəndəliyinin təşəbbüsü və Millət Vəkili Adil Əliyevin lobbiçiliyi ilə Milli Məclisin Beneluks ölkələri ilə işçi qrupunun üzvlərindən ibarət 16 millət vəkilinin imzası ilə Holland parlamentinin rəhbərliyinə, üzvlərinə və bir sıra aparıcı siyasi partiyalara rəsmi çağırış ünvanlanmışdır. Çağırışda paralamentarilərdən və siyasi partiya yetkililərindən Xocalı soyqırımı ilə maraqlanmaq və XX əsrin sonlarında törədilmiş erməni vəhşiliyinə siyasi qiymət verilməsi xahiş olunur. Çağırış çatdırılmış parlamentarilərlə hazırda mütamadi olaraq əlaqə saxlanılır. BAK-ın may ayında keçirilmiş II Qurultayında Millət Vəkillərimizlə Holland parlamentariləri arasında yüksək səviyyəli görüş təşkil olunmuşdur. 

 9) Rus diasporasının rəsmi mətbu orqanı olan «Novosti Beneluksa» qəzetində ermənilərin istəyi ilə mütamadi olaraq Hollandiyada yaşayan azərbaycanlılara qarşı antipatiya yaratmaq üçün düşünülmüş şəkildə təbliğat aparılır, müxtəlif məqalələr dərc olunurdu. Məqələlərdə Azərbaycandan olan emiqirantlar haqsız olaraq kriminal hadisələrin törədilməsində, kriminal dəstələrin yaradılmasında ittiham edilirdi. BAK-ın İdarə Heyətinin və konqresin mətbu orqanı olan  «Azərbaycan Beneluks News» qəzetinin əməkdaşlarının səyləri, qəzetimizdə dərc olunmuş məqalələr nəticəsində rus qəzetinn jurnalistləri dərc etdikləri məqalələrə təkzib verməyə məcbur oldular və qəzetin rəhbərliyi tərəfindən BAK rəhbərinə bundan sonra faktlar, sənədlər, məhkəmə qərarı  olmadan azərilərə qarşı mənfi məqalənin dərc edilməyəcəyi haqda zəmanət verildi. 

 10) Azərbaycandan olan idmançılarımızı Avropa idman meydanlarında dəstəkləmək məqsədi ilə BAK-da təmsil olunmuş gənclər təşkilatı tərəfindən Azərbaycan İdmanının «Fan Klubu» yaradılmışdır. Klubun yüzlərlə üzvü qərbi və şərqi Avropada keçirilən mötəbər idman yarışlarında idmançılarımızı dəstəkləmək üçün Azərbaycan bayraqları və plakatlarla həmin ölkələrə gedir və idmançılarımıza mənəvi dəstək olurlar. Bu təşkilatın Amsterdam, Den Haaq, Brüssel və digər şəhərlərdə də yaradılması üzərində işlər gedir. 

 11)   Xalqımızın Ümummilli liderinin xatirəsini əbədiləşdirmək məqsədi ilə BAK sədri  Sahil Qasımovun şəxsi vəsaiti hesabına İsveçrənin CWS saat şirkətində içərisində Heydər Əliyevin portireti əks olunmuş qızıl, platin və digər əlvan mettallardan saatlar istehsal olunmuşdur. Həmin saatlar Avropada bir sıra tanınmış siyasi, ictimai xadimlərə və ünlü iş adamlarına hədiyyə edilmişdir. 


12)  Azərbaycanı dünyaya tanıtmış Ulu Öndərin 85 illik xatirəsini əbədiləşdirmək  üçün yenədə Sahil Qasımovun şəxsi vəsaiti hesabına üzərində Heydər Əliyevin portireti əks olunmuş poçt markaları çap etdirilərək Avropa Poçt Dövriyyəsinə buraxılmışdır. 

13)  Benilüks Azərbaycanlıları Konqressi (BAK) İdarə Heyəti 2008-ci ildə Azərbaycanda keçiriləcək Prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin dəstəklənməsi, Benilüks və Avropanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan vətəndaşlığı olan soydaşlarımız arasında təbliğat-taşviqat işlərinin aparılması haqqında Avropada fəaliyyət göstərən Azərbaycan diasporasına çağırış ünvanlamışdı.  Almaniya-Azərbaycan İşadamları Birliyi,  “Birlik” Azərbaycan Polşa Cəmiyyəti, Mainz Azərbaycan Cəmiyyəti, Finlandiya Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan-Çex Cəmiyyəti  BAK-ın çağırışına qoşularaq BAK tərəfindən kordinasiya edilmiş şəkildə təbliğat-təşviqat işləri aparmışlar.  http://www.bak-org.eu/index.php?type=content&subid=24&cid=24 (Rəsmi internet səhifəsi)

14)  Dovlətimizin və xalqımızın mənafelərini müdafiə etmək üçün Hollandiya və Belçikada böyük nüfuza malik yəhudi lobbisi ilə işbirliyinə start verilmişdi. Məhz bu səbəbdən BAK nəzdində Azərbaycan İsrail təşkilatı yaratmaq məqsədi ilə Beneluksda yaşayan bəzi yəhudilər və BAK idarə heyətindən ibarət AZ-İZ-in təşəbbüs qrupu yaradılmışdır. 

15) Erməni təbliğatının qarısını almaq məqsədi ilə Benilüksda fəaliyyət göstərən Azərbaycan və Türk Diaspora təşkilatlarının birgə kordinasiya edilmiş şəkildə təbliğat aparmaları üçün BAK-ın Bakıdakı nümayəndəsinin təşəbbüsü ilə Azərbaycanda tanınmış informasiya texnoloqlarından ibarət qrup yaradılmışdır. Qrup üzvlərinə edilmiş rəsmi müraciətə əsasən Azərbaycan və Türk diaspora təşkilatlarının birgə istifadəsi üçün informasiya strategiyası hazırlanır. Sənəd yaxın günlərdə müzakirə edilmək üçün BAK idərə heyətinə və müvafiq dövlət qurumlarına təqdim ediləcəkdir. 

16)  Batı Trakya və Doğu Türküstan türklərinin BAK da birləşməsi tam razılaşdırılmışdır. İyun ayının sonunda keçriləcək tədbirdə razılaşma rəsmi olaraq imzalanacaqdır. Beləliklə BAK –da azərbaycanlılardan başqa İraq Türkmənələri, Batı Trakya (Yunanıstan) və Doğu Türküstan (uyqurlar) da təmsl olunacaqlar. Ümid edirik ki, bir sıra layhələri həyata keçirdikdən sonra Hollandiya və Belçikada fəaliyyət göstərən onlarla təşkilat məhz BAK ətrafında birləşəcəklər

 17) Azərbaycan Millət Vəkilləri Adil Əliyev, Elmira Axundova, Astan Şahverdiyev, Ərəstun Cavadova edilmiş rəsmi müraciətlər və BAK-ın Bakıdakı daimi nümayəndəsi ilə aparılmış müzakirələr zamanı Azərbaycan Millət Vəkilləri və Niderland Parlamenitinin üzvlərinin iştirakı ilə Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpa edilməsi üçün Kordinasiya Şurasının yaradılmasına razılıq əldə edilməşdir. Niderland parlamentindən və aparıcı siyasi partiyalardan olan dostlarımız da bu Kordinasiya Şurasına üzv olmağa razılıq vermişlər.

18) 29.03.2009 tarixində Rotterdam şəhərində Benilüks Azerbaycanlıları Konqresi və  sıralarında fəaliyyət göstərən Azərbaycan Hollandiya Həmrəylik Cəmiyyetinin təşəbbüsü və təşkilatı dəstəyi ilə  yüksək səviyyede etiraz aksiyası keçirilmisdir. Tədbirdə Azərbaycan,Türk, Batitrkya türkləri, Polşa diasporalarının nümayəndələ ri iştirak edirdilər. Etiraz aksiyasında təxminən 125/150 adam istirak etmişdir. Əksəriyyətini Gənclərimiz təşkil edən tədbirdə, gənclər üzərlərinə ağ köynək ve mavi papaq geyinmişlər.Ağ köynəklərin ön tərəfində Azərbaycanın xəritəsi, işğal olunmuş ərazilərimiz, arxasında isə soyqırım şəhidlərinin sayı öz əksini tapmışdır. İştirakçıların əllərində Holland dilində “31 Mart Azərbaycanlıların soyqırım günüdür,erməni terroru durmalıdır şüarları və Azərbayca, Holland,Türk bayraqları var idi. Tədbir zamanı 31 Mart Azərbaycanlıların soyqırım günü ilə bağlı faktları özündə ehtiva edən Holland dilində hazırlanmış 10 min nüsxədə vərəqələr Niderland ictimaiyyətinə paylanmışdır.

 

                                Q I S A  A R A Y I Ş

14.12.2006 BAK  Təmsilcilər Palatinin 106-ci maddəsi və səparatçıların rəfərəndum kəçirmək cəhdlərini pisləyən Bəyanat imzalamış, ABS Konqrəsinə və Avropa Şurasına göndərmişdir ;

 20.01.2007 - BAK Vitseə Presidenti E.Mammədov şəhidlərimizin xatirəsini yad etmək üçün Bakıya yola düçmüş, Şəhidlər xiyabanına BAK adından əklil qoymuşdur.

 03.10.2007- "France -24" beynəlxalq xəbərlər telekanalına Garabag məsələsini saxtalaşdırdığı üçün BAK-ın Bəyanati göndərilib ;

 27.03.2007 - Hollandiyanın Niderland 2 kanalında BAK Azərbaycanla bağlı Program təşkil etmişdir

 28.06.2008- Azərbaycan Şərqin ilk demokratik dövlətidir, keçmişdən gələcəyə 90 il-mövzusunda beynəlxalq konfrans keçirilmisdir. Konfransda Niderland parlamentindən nümayəndələr iştirak etmişlər

01.09.2007 - BAK-a bağlı Türkmənlər Federasiyasi Brüsseldə AP qarşısında mitinq keçirmişlər ;

19.07.2007- BAK Qarabağda keçirilən qondarma Prezident seçkilərini pisləyən Bəyanat yayıb ;

15.08.2008 BAK Niderland Jurnalistlər Ittifaqına və RTL telekanalına "RTL NEWS" gəzetinin kameramanı Stan Storimanin Qori şəhərində həlak olması ilə bağlı başsağlığı göndərib ;

20.12.2008- Amsterdamda Yəhudilərin Tarixi Soyqırimı Muzeyində Qanlı Yanvar ilə bağlı tədbir keçirib, "Azadlığa gedən yol" filminin nümayişi olub ;

30.04.2008BAK Azərbaycan musiqisini təbliğ etmək məqsədi ilə Kraliça Beatrixə "Qarabağ Xanəndələri" musiqi albomunu hədiyyə edib ;

18.06.2008 - Kralica Beatrix BAK-a təşəkkür məktubu ünvanlayıb ;

10.03.2008 - AZIZ -Azərbaycan Israil təşəbbüs qrupu yaradılıb ;

23.10.2007- Amsterdam şəhər meri Job Kohenə 60 illik yubileyi münasibəti ilə təbrik məktubu göndərilib ;

08.01.2008- Utrecht şəhərində küçirilən Dünya Turizm sərgisində ermənilərin Qarabağa turist çağırışının qarşısı alınıb, bütün kitab və reklam bukletləri Ermənistan stendindən yığışdırılıb ;

15.11.2008- Türkdilli dövlətlərin Rottedam simpoziumunda BAK iştirak etmiş və çıxış sözü söyləmişdir ;

2008/09 Hollandiya Yaziçisi Jan Wasmusun Qarabağ haqqında hazırladığı ermənipərəst turizm məlumat kitabçasının qarsısının alınması üçün davamlı addımlar atılır ;

 Hesabat Benilüks Azərbaycanlıları Konqresinin

İdarə Heyəti tərəfindən  hazırlanmışdır.

Niderland Krallığı Amsterdam şəhəri 24 may 2009-cu il

 

 BİZİMLƏ ƏLAQƏ:

     E-mailler: caspint@planet.nl  Bakıda əlaqə yaratmaq üçün  Tale55@rambler.ru e-mail ünvana müraciət edə bilərsiniz

 Tel: + 3120-468 60 97 ;  + 3120-468 60 98  Fax: + 3120-465 07 19