Qərarlar

                                              Benilüks Azərbaycanlıalrı Konqresinin bəyanatı

Vətən xaini, separatçı Əlikram və oğlu Tural Hümbətovlaın, onların yaxın qohumlarının heç bir məntiqə sığışmayan, fakta söykənməyən, böhtan xarakterli guya Azərbaycanda etnik qruplara qarşı təzyiqlər edildiyini, onların sıxışdırıldığını bəhanə gətirərərk Niderland Krallığının inzibati mərkəzi Haaqadakı ölkəmizin səfirliyinin qarşısında etriraz aksiya keçirmələri Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən Hollandiyada yaşayan və damarlarında əsil azərbaycanlı qanı axan soydaşalrımız tərəfindən qəzəb hissi ilə qarşılanmışdır. Krallıqda yaşayan azərbaycanlıların əksəriyyətini öz ətrafında birləşdirən, ölkəmizlə bağlı həqiqətləri olduğu kimi Benilüks ölkələrinın vətəndaşlarına çatdıran Benilüks Azərbaycanlıalrı Konqresi bir daha Azərbaycana qayıtmayacağını başa düşərək ona böhtanlar atan Əlikram və onun təsiri altına düşmüş, sapı bizdən olub, düşmənin dəyirmanına su tökən üzdəniraq beş-altı nəfərin keçirdiyi aksiya münasibət bildirərək xüsusi bəyənat qəbul etmişdir.
                   Hələ keçən əsrin əvvəllərindən müstəqil Azərbaycan dövləti qurmaq uğrunda mübarizəyə qalxmış xalqımız 1918-ci ildə müstəqillik qazanmışdır. Amma bolşeviklərin hakimiyyətə gəlişi onun varlığına son qoymuşdur. Əsrin sonlarında itirdiyi müstəqilliyi yenidən qazanmış və özünün dövlətini qurmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında gənc və müstəqil Azərbaycan dövləti iqtisadiyyatda sözün əsil mənasında əsrin sıçrayışını etmiş, böyük nailiyyətlər qazanmış, Cənubi Qafqaz bölgəsində aparıcı dövlətə çevrilmişdir. Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkənin sürətli inkişafı, əhalinin maddi durumunun ildən ilə yaxşılaşması beynəlxlaq aləmdə onun imicinin artmasına səbəb olmuşdur.
Daima yeniləşərək bu gün öz simasını tamam dəyişmiş Azərbaycanın əldə etdiyi uğurlara istər daxildə, istərsə də onun hüdudlarından kənarda yaşayan Əlikram Hümbətov kimi qüvvələr hər vəchlə qara yaxmağa çalışırlar. Azərbaycanın ən ağır və çətin vaxtlarından öz xeyrinə istifadə etməyə, onu parçalamağa cəhd göstərmiş Ə. Hümbətovun azərbaycanlılar adından danışmağa nə hüquqi, nə də mənəvi haqqı vardır. Onun Azərbaycanda milli azlıqlarla bağlı yürütdüyü fikirlər heç bir məntiqə sığışımır. Azərbaycanda bütün milli azlıqlar tarix boyu yerli sakinlərlə mehriban və dostluq şəraitində yaşamış, onlar arasında heç bir ayrı-seçkiliyə yol verilməmişdir. Dünyada başqa xalqlarla münasibətdə tolerant bir ölkə kimi tanınmış Azərbaycanda dövlət milli azlıqların mədəniyyətininin, incəsənətininin , dillərinin və dinlərinin inkişafına hər cür qayğı göstərir.
Avropanın bəzi siyasi dairələrindən qrant alan, ölkəmizə və xalqımıza gizli düşmən kəsilmiş qara qüvvələrdən maliyyə dəstəyi alan vətən xaini, separatçı Əlikram Hümbətov və onun ətrafındakı beş-altı nankorun qədim və zəngin bir tarixə malik olan, hümanist ideyalarını Hizami dühası ilə bəşəriyyətə tanıdan böyük bir xalqın ünvanına böhtan demələri Azərbaycanın hüdudlarından kənarda yaşamalarına baxmayaraq qəlbləri daima Vətən həsrəti ilə döyünən hər bir azərbaycanlını qəzəbləndirmişdir. Xaricdə yaşayan Azərbaycanın hər bir layiqli övladı üzünü onlara tutaraq deyir: Vətən xainlərinə ar olsun! Sapı bizdən olanlara aramızda yer yoxdur. !
Bəyanatın sonunda qeyd olunur: Vətən xaini, separatçı Əlikram Hümbətov və onun oğlu ilə əlbir olub Vətənimizin və xalqımızın ünvanına qara yaxanların hərəkəti pislənilsin. Bu kimi şəxslər Holladiyada və ona qonşu ölkələrdə fəaliyyət göstərən Azərbaycan təşkilatlar tərəfindən ictimai qınağa çəkilsin. Bu hadisəyə münasibət bildirməyən və gözləmə mövqeyi tutan təşkilatların hərəkətləri separatçı Əlikram Hümbətova dəstək kimi qiymətləndirilsin. Nəhayət, Ə. Hümbətov və onun tərəfdarlarının hərəkəti birbaşa Azərbaycana və xalqımıza xəyanət kimi dəyərləndirilsin.
Benilüks Azərbaycanlıları Konqresi harada yaşamalarından asılı olmayaraq bütün həmvətənlərimizi Azərbaycan dövlətçiliyini və Azərbaycan xalqını hər cür böhtandan, iftiradan qorumaq uğrunda sağlam mübarizəyə, ölkəmizə qarşı şər qüvvələrin hərəkətlərinə vaxtında layiqli cavab verməyə çağırır. 
                                                                 

   

 

Benilüks Azərbaycanlıları Konqressi (BAK) İdarə Heyətinin 2008-ci ildə Azərbaycanda keçiriləcək Prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin dəstəklənməsi, Benilüks və Avropanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan vətəndaşlığı olan soydaşlarımız arasında təbliğat-taşviqat işlərinin aparılması haqqında

                                                              B Ə Y A N A T I

 

Benilüks Azərbaycanlıları Konqressinin İdarə Heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin hakimiyyətdə olduğu 2003-2008-ci illəri analiz edərək Ümummilli lider Heydər Əliyev siyasətinin ölkəmizdə uğurla davam etdirilməsinin, dərin köklərə əsaslanan,  məqsədyönlü daxili və xarici siyasətin nəticəsində Azərbaycanın uğurla Avropaya inteqrasiyasının, Vətənimizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin, iqtisadi və sosial sahələrdəki yüksəlişin şahidi olub.

       Son 5 ildə hakimiyyətin uğurla apardığı siyasətin nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək tribunalarda təsdiq edilir.

        İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublıkasının Prezidenti seçildiyi vaxtdan  bu vaxta kimi ÜDM  dəfələrlə artaraq 25 228.1 mln. manata, əsas kapitala yönələn sərmayələr  6 837.9 mln. manata, xarici ticarət dövriyyəsi  11 766.9 mln. ABŞ dollarına, əhalinin gəlirləri  14 305.6 mln. manata, adambaşına düşən gəlirlər isə  2 980.9 manata yüksəlmiş, 600 min iş yeri açılmışdır. Açılmiş iş yerləri nəticəsində xalqımızın maddi –sosial durumu yüksək sürətlə inkişaf etməkdədir ki, bu inkişaf Azərbaycana səfər edən  dövlət  başçılari və qonaqlar tərəfindən dəfələrlə bəyan edilmişdir.

        İlham Əliyevin prezident olduğu 5 il ərzində uğurlu neft strategiyası nəticəsində Heydər Əliyev adına Bakı-Ceyhan, Bakı-Ərzurum kəmərlərinin istifadəyə verilməsi alternativ enerji mənbələrinə böyük ehtiyacı olan Avropa dövlətləri üçün ölkəmizi mühüm strateji tərafdaşa çevirmişdir. Bünövrəsi qoyulmuş Bakı-Qars dəmir yolu ölkəmizin heç bir dövlətdən asılı olmadan müstəqil siyasət yürütməsinin parlaq nümunəsidir.  

       Heydər Əliyev Fondunun və dövlətin apardiği təhsil siyasəti nəticəsində elm, təhsil daha da inkişaf edir, ali və orta məktəblərin maddi texniki bazasi möhkəmlənir, dünyanın ən böyük elm, təhsil ocaqlarında soydaşlarımızın təhsil alması adi hala çevrilib.

        Prezident İlham Əliyevin Azərbaycan diasporasının inkişafına xüsusi diqqəti sayəsində  Bakıda  Dünya Azərbaycanlılarının II Qurultayının, Azərbaycan və Türk diaspor rəhbərlərinin I Forumunun  keçirilməsi xaricdə yaşayan azərbaycanlı olaraq bizdə məmnunluq hissi yaradır.

        Azərbaycan Respublikasının qazandığı bu uğurları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü ardıcıl siyasətin məntiqi nəticəsi oldugunu dərk edir və məhz bu nailiyyətləri nəzərə alaraq biz, Benilüks Azərbaycalıları Konqressinin üzvləri  bu gün  doğma Yurdumuzda həyata keçirilən siyasi kursun  davamlı olmasını istəyir, bu sahədə Azərbaycana xidmət etməyə hazır olduğumuzu və 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcəyimizi, Avropada yaşayan Azərbaycan vətəndaşlığı olan soydaşlarımız arasında təbliğat-təşviqat işləri aparacağımızı bəyan edirik. 

 Benilüks Azərbaycanlıları Konqressinin rəsmi  mətbu orqanı «Azərbaijan Benelux News» qəzetini, konqressə məxsus Bak-org.eu  internet saytını İlham Heydər oğlu Əliyevin namizədliyinin dəstəklənməsi, təbliğat-təşviqat işləri üçün açıq elan edirik. 

   İlham Əliyevi 2008-ci il prezident seckilərində dəstəkləyəcək bütün diaspora təşkilatlarını, ictimai-siyasi xadimlərini iş birliyinə cağırırq.

 

        Benilüks Azərbaycanlıları

                             Konqressinin

                                        sədri          Sahil  Qasımov               

                                                                         

* * * * * * *     * * * * * * *     * * * * * * *    * * * * * * *     * * * * * * *     * * * * * * *      * * * * * * * *

                                                              

                      

Azərbaycanlıları Konqresinin Benilüks ölkələrində fəaliyyət göstərən bütün Azərbaycan diaspora təşkilatlarına

                                     M Ü R A C İ Ə T İ

 

       Əziz soydaşlar!

 

Biz Benilüks ölkələrində uzun illərdən bəri yaşayan azərbaycanlılar olaraq bu ölkələrdə yaşayan və diaspora fəaliyyəti ilə məşğul olan bir sıra xalqların nümayəndələrindən bütün sahələrdə daha böyük potensiala malikik. Benilüks ölkələrində yaşayan yüksək intellektə, maddi duruma, geniş iqtisadi və siyasi əlaqələrə malik minlərlə soydaşımız var. Bütün bunlarla yanaşı, Azərbaycan dövlətinin və Milli Məclisdə fəaliyyət göstərən bir sıra Parlamentlərarası İşçi Qrupların üzvlərinin diaspora quruculuğuna dəstəyini də nəzərdən qaçırmaq olmaz.  Yüksək səviyyəli diaspora, hətta, lobbiçilk fəaliyyəti ilə məşğul olmaq üçün zəruri olan bu qədər resurslara malik olduğumuz halda biz azərbaycanlıların hələdə güclü diasporamız yoxdur. Nə qədər mücadilə etsək də bu vaxta qədər milli həmrəyliyə nail ola bilməmişik.

       Biz hamımız bir xalqın, bir torpağın övladlarıyıq. Hər bir azərbaycanlının vətəninə qulluq etmək istəməsinə hec zaman şübhəmiz olmayıb. Amma, nədənsə əl-ələ verib, birgə fəaliyyət göstərmək əvəzinə təşkilatlar arasında yersiz ittihamların, zərərdən və parçalanmadan başqa hec nəyə lazım olmayan süni yarışmaların, dağıdıcılıq üçün münbit şərait yaradan regional, qohumluq, siyasi qütbləşmə və partiyalaşma zəminində birləşmələrin, müxtəlif saytlarda və yahooqruplarda ayrı-ayrı təşkilatlara, eləcədə soydaşlarımıza qarşı böhtanların, qarayaxmaların şahidi oluruq. Hər tərəfdə paxıllıq, qısqanclıq, dedi-qodu Azərbaycan xalqının övladlarını qara kabus kimi izləməkdədir.

   Benilüks Azərbaycanlıları Konqresinin İdarə Heyəti və sıravi üzvləri olaraq özünü Azərbaycan xalqının, Azərbaycan dövlətinin övladı sayan hər kəsə müraciat edirik:

      Bu gündən etibarən bütün veb saytlarda, yahooqruplarda soydaşılarımız haqda tehqiramiz yazılara, faktlara soykənməyən, əsassız ittihamlara, böhtan və qara piyara son qoyulsun.

     Vətənə sədaqətlə qulluq edən bütün diaspora təşkilatları arasında “Həmrəylik və Qardaşlıq Memarundumu” imzalansın.

    Qohumluq və ailə üzvləri zəminində yaranmış bütün təşkilatlar suverenliklərini saxlamaq şərti ilə boyuk təşkilatlarla birləşdirilsin.   

     Diaspora hərəkatına aidiyyatı olmayan və kommersiya, şəxsi mənafeyə qulluq xarakteri daşıyan tədbirlərə diaspora işi adı qoyulmasın.  Hər hansı diaspora təşkilatının keçirdiyi mühüm tədbirdə bütün təşkilatlar birlikdə iştirak etsinlər.

    Benilüks ölkələrində fəaliyyət göstərən bütün diaspora təşkilatlarımız bir-birlərinin siyasi əlaqələrindən istifadə edərək xalqımızın tarixini, mədəniyyətini, Qarabağın işğal faktını yeni mərhələdə təbliğ etmək üçün vahid strategiya hazirlansın.

        Hər ilin yekunlarına görə təşkilatların keçirdikləri tədbirlər analiz edilərək yol verilmiş çatışmazlıqlar aradan qaldırılsın.

     Milli mənafeylərimizə ziyan vurmaq uçun yaradılmış qurumlar hamı tərəfindən nəzarətə götürülsün.  Niderland ve Belcikadaki səfirliklərlə müzakirələr aparılaraq Azərbaycan dövlətinin maraqlarına zərbə vurnağa köklənmiş qurumlar və şəxslər BNL də yaşayan və millət uğruna mücadilə edən qüvvələr tərəfindən ictimai qınağa çəkilsin.

  Biz öz növbəmizdə BAK-ın rəsmi mətbu orqanı “AZ&BNL News”  qazetini və

 WWW. BAK-ORG.EU  rəsmi veb saytı bütün soydaşlarımızın üzünə açıq elan edirik..

 

 

İdarə Heyəti

Niderland Krallığı Amsterdam şəhəri

Benilüks Azərbaycanlıları Konqresinin

*****     *****     *****     *****     *****                                 

 

                               Benilüks Azərbaycanlıları Konqresinin

                                sədri cənab Sahil Qasımova

 

 Hörmətli Sahil müəllim!

 Azərbaycan Niderland Parlamentlər arası işçi qrupun rəhbəri olaraq,  Benilüks Azərbaycanlıları Konqresi (BAK) İdarə Heyətinin 2008-ci ildə Azərbaycanda keçiriləcək Prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin dəstəklənməsi, Benilüks və Avropanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan vətəndaşlığı olan soydaşlarımız arasında təbliğat-taşviqat işlərinin aparılması haqqında mənə ünvanladığınız çağırışınıza cavab olaraq bildirirəm!

.Benilüks Azərbaycanlıları Konqresi ilə Azərbaycan Niderland Parlamentlərarası işçi qrupu arasında əməkdaşlıq yarandığı ilk gündən  Azərbaycan xalqının, Azərbaycan dövlətinin mənafelərinə qulluq edən bütün fəaliyyətinizdə sizə hər tərəfli dəstək olacağımızı rəsmi bəyan etmişdik. Bu gün İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi və seçkilərdə qalib gəlməsi dövlətimizin, xalqımızın gələcəyinin təminatı kimi qiymətləndirilməlidir. Odur ki,  2008-ci ildə Azərbaycanda keçiriləcək Prezident seçkilərində, İlham Heydər oğlu Əliyevin namizədliyinin dəstəklənməsi, Benilüks və Avropanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan vətəndaşlığı olan soydaşlarımız arasında təbliğat-taşviqat işlərinin aparılması işində şəxsən mənim və Benilüks ölkələri ilə parlamentlərarası işçi qrupun üzvlərinin hərtərəfli dəstəyinə arxalana bilərsiniz.

Şəxsən öz adımdan təklif edirəm. Benilüks Azərbaycanlıları Konqresinin rəsmi mətbu orqanı olan “Azərbaycan Benilüks News”qəzetinin cənab Prezidentin namizədliyinin dəstəklənməsinə istiqamətlənmiş bütün saylarının çap və dizayn işlərinin xərcini şəxsi hesabimdan ödəməyə hazıram.  

  

  

Millət vəkili,

Azərbaycan Niderland Parlamentlərarası

 işçi qrupun rəhbəri                                       Adil Əliyev              

     

 

   *****     *****       *****     *****

   

                                                 Almaniya-Azərbaycan İşadamları Birliyi     

                                                             Q Ə R A R I 

                                   Benilüks Azərbaycanlıları Konqresinin

                                                                  sədri cənab Sahil Qasımova

 Hörmətli Sahil müəllim!

          Almaniya-Azərbaycan İşadamları Birliyi İdarə Heyətində Benilüks Azərbaycanlıları Konqressinin 2008-ci ildə Azərbaycanda keçiriləcək Prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin  Benilüks və Avropanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları, Azərbaycan vətəndaşlığı olan soydaşlarımız arasında təbliğat-taşviqat işlərinin aparılması haqqında Bəyanatını diqqətlə araşdırıldıqdan sonra rəsmi qərarımızı BAK İdarə Heyətinə bildiririk

Biz Almaniya-Azərbaycan İşadamları Birliyi 2008-ci ildə Azərbaycanda keçiriləcək Prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyirik və BAK-la birgə kordinasiya edilmiş şəkildə təbliğat-təşviqat işlərində bütün potensialımızla iştirak etməyə hazırıq. Öz növbəmizdə Almaniyanın Köln şəhərində Christophstr. 41, 50670 ünvanda yerləşən Almaniya-Azərbaycan İşadamları Birliyinə məxsus ofisi seçki ərəfəsində İlham Əliyevin təbliğat və təşviqat qərargahına çevirməyi təklif edirik.

  

 Almaniya-Azərbaycan

 İşadamları Birliyinin  Sədri  

                                                                            Elxan Kərimov 

 * * * * * * *     * * * * * * *     * * * * * * *    * * * * * * *     * * * * * * *     * * * * * * *      * * * * * * * *

                           “Birlik” Azərbaycan Polşa Cəmiyyətinin

                                                         B Ə Y A N A T I

 Birlik” Azərbaycan Polşa Cəmiyyəti olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin hakimiyyətdə olduğu 2003-2008-ci illərdə tarixi vətənimiz olan Azərbaycan üçün əldə etdiyi nailiyyətlər, Ümummilli lider Heydər Əliyev siyasətinin ölkəmizdə uğurla davam etdirilməsi, dərin köklərə əsaslanan,  məqsədyönlü daxili və xarici siyasətin nəticəsində Azərbaycanın uğurla Avropaya inteqrasiyası, Vətənimizdə bərqərar olmuş ictimai-siyasi sabitlik, iqtisadi və sosial sahələrdəki yüksəliş bizi də sevindirir. Xaricdə yaşamağımızdan asılı olmayaraq vətənimiz Azərbaycanın yüksəlişi bizim üçün hər zaman ən müqqəddəs amal və  prioritet olaraq qalmaqdadır. Qloballaşan dünyada Azərbaycanımızın bu gün tutduğu yer məmnunedici olmasına baxmayaraq vətənimizin İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edəcəyinə və daha yüksək səviyyəyə qalxacağına heç şübhə etmədiyimiz üçün 2008-ci ildə Azərbaycanda keçiriləcək Prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin Polşada yaşayan Azərbaycan vətəndaşlığı olan soydaşlarımız arasında təbliğat işlərinin aparılması çağırışınıza yekdilliklə qoşulduğumuzu bəyan edirik.

 

 Birlik” Azərbaycan Polşa Cəmiyyətinin    

                                  Sədri                            Yaşar Hüseynov

 * * * * * * *     * * * * * * *     * * * * * * *    * * * * * * *     * * * * * * *     * * * * * * *      * * * * * * * *

                                       Benilüks Azərbaycanlıları Konqresinin

                                        İdarə Heyətinin sədri cənab

                                                          Sahil Qasımova

   Hörmətli Benilüks Azərbaycanlıları Konqressinin İdarə Heyəti!

        2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində Avropa dövlətlərində Azərbaycan vətəndaşlığı olan soydaşlarımız arasıda İlham Heydər oğlu Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı Avropada fəaliyyət göstərən diaspora təşkilatlarına göndərdiyiniz cagırışda yazırsıniz

 

İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublıkasının Prezidenti seçildiyi vaxtdan  bu vaxta kimi ÜDM  dəfələrlə artaraq 25 228.1 mln. manata, əsas kapitala yönələn sərmayələr  6 837.9 mln. manata, xarici ticarət dövriyyəsi  11 766.9 mln. ABŞ dollarına, əhalinin gəlirləri  14 305.6 mln. manata, adambaşına düşən gəlirlər isə  2 980.9 manata yüksəlmiş, 600 min iş yeri açılmışdır. Açilmiş iş yerləri nəticəsində xalqımızın maddi –sosial durumu yüksək sürətlə inkişaf etməkdədir ki, bu inkişaf Azərbaycana səfər edən  dövlət  başçılari və qonaqlar tərəfindən dəfələrlə bəyan edilmişdir.

 İlham Əliyevin prezident olduğu 5 il ərzində uğurlu neft strategiyası nəticəsində Heydər Əliyev adına Bakı-Ceyhan, Bakı-Ərzurum kəmərlərinin istifadəyə verilməsi alternativ enerji mənbələrinə böyük ehtiyacı olan Avropa dövlətləri üçün ölkəmizi mühüm strateji tərafdaşa çevirmişdir. Bünövrəsi qoyulmuş Bakı-Qars dəmir yolu ölkəmizin heç bir dövlətdan asılı olmadan müstəqil siyasət yürütməsinin parlaq nümunəsidir. 

       Heydər Əliyev Fondunun və dövlətin apardiği təhsil siyasəti nəticəsində elm, təhsil daha da inkişaf edir, ali və orta məktəblərin maddi texniki bazasi möhkəmlənir, dünyanın ən böyük elm, təhsil ocaqlarında soydaşlarımızin təhsil almasi adi hala cevrilib.

Biz Almaniyanın Mainz şəhərində fəaliyyət göstərən “Mainz Azərbaycan Cəmiyyəti” olaraq rəsmi surətdə bəyan edirik. Sizin bəyanatda göstərdiyiniz bütün bəndlər tarixi həqiqətdir və biz, Mainz şəhərində yaşayan Azərbaycan vətəndaşlığı olan soydaşlarımız arasında İlham Heydər oğlu Əliyevin namizədliyinin dəstəklənməsi, bu istiqamətdə təbliğat-təşviqat işlərinin aparilmasında öz iştirakımızı Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında borcumuz olduğunu dərk edir və bu işə yekdilliklə qoşuluruq. Azərbaycanın dövlətinin, Azərbaycan xalqının nurlu gələcəyi İlham Heydər oğlu Əliyevin əlindədir.

 Mainz Azərbaycan Cəmiyyətinin

                     Sədri                                                   Bəşər Kömür

 

* * * * * * *     * * * * * * *     * * * * * * *    * * * * * * *        

    Finlandiya Azərbaycan Dostluq Cəmiyyətinin

 Benilüks Azərbaycanlıları Konqressi (BAK) İdarə Heyətinin 2008-ci ildə Azərbaycanda keçiriləcək Prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin Azərbaycan vətəndaşlığı olan soydaşlarimiz arasinda təbliğat işlərinin aparılmasına qoşulmağımıza  dair ğöndərilmiş çağırışla bağlı

                                                  B Ə Y A N A T I

 Finlandiya Azərbaycan Dostluq Cəmiyyətini təsis etdiyimiz ilk gündən mərhum Prezidentimiz Heydər Əliyevin siyasi kursunun dəstəkləyəcəyimiz haqda rəsmi açıqlama vermişdik. İlham Əliyev 2003-cü ildə prezident seşildikdən sonra isə hər zaman biz prezidentimizi Heydər Əliyev irsinin davamçısı olduğunun şahidi olmuşuq. Sizin 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləməklə bağlı çağırışınıza qoşuluruq və tabliğat-təşviqat işləri üçün Finlandiya Azərbaycan Dostluq Cəmiyyətinin bütün resurslarını açıq elan edirik.

 Finlandiya Azərbaycan Dostluq

Cəmiyyətinin Sədri    Təranə Nəzərova 

                                                  * * * * * * *   

                                     Benilüks Azərbaycanlıları Konqresinin

                                          İdarə Heyətinin sədri

                                             cənab Sahil Qasımova

 

 

Hörmətli Sahil müəllim!

 

           Benilüks Azərbaycanlıları Konqresinin İdarə Heyətinin 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində Avropa dövlətlərində Azərbaycan vətəndaşlığı olan soydaşlarımız arasıda İlham Heydər oğlu Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı Azər-Çex Cəmiyyətinə göndərdiyiniz cagırışa cavab olaraq rəsmi surətdə bəyan edirik!

Azər-Çex Cəmiyyətinin üzvləri bəyanatda göstərilmiş bütün bəndlərlə tam razı olduqları üçün 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyir və BAK-la birlikdə Çexiyada kordinasiya edilmiş şəkildə təbliğat-təşviqat işlərinin aparılmasında  potensialımızdan istifadə etməyi təklif edirik. Nəzərinizə çatdırım ki, Praqada fəaliyyət göstərən “Azərbaycan evi” artiq bu məqsəd üçün fəaliyyətə başlayib.

Azərbaycan dövlətinin güclənməsi, yeni nəslin bizdən daha yüksək səviyyədə yaşaması, Qarabağımızın erməni işğalından azad edilməsi üçün İlham Heydər oğlu Əliyevin namizədliyi Azər-Çex Cəmiyyəti tərəfindən dəstəklənir və biz, Azər-Çex Cəmiyyətinin üzvləri İlham Əliyevə səs verməklə dövlətimizin, millətimizin gələcəyinə səs vermiş olduğumuzu bilirik .

 

 

Azər- Çex Cəmiyyətinin

sədri                                                             Elşən Nəzər

 ********               ********               ***********