ТƏRƏFDAŞLARIMIZ

 

  Benilüks Azərbaycanlıları Konqressi təsis edildiyi ilk günlərdən Heydər Əliyev Fondunun dəstəyini öz üzərimizdə hiss etməkdəyik. Ən müxtəlif tədbirlərin keçirilməsində Heydər Əliyev Fondunun hər tərəfli dəstəyi nəticəsində dövlətmizin və xalqımızın tarixini, mədəniyyətini təbliğ edərkən, torpaqlarımızı işğal etmiş ermənilərin yalan təbliğat maşınına qarşı apardığımız mübarizə daha böyük effektə malik olub.

BAK tərəfindən 2007-ci ilin fevral ayında Xocalı soyqırımı ilə əlaqdar Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamenti qarşısından Ermənistan səfirliyinə qədər möhtəşəm yürüş-mitinq keçirilmişdir. Tədbirin keçirilməsi zamanı Heydər Əliyev Fondunun dəstəyi xüsusi əhəmiyyət kəsb etmişdir. Yürüş zamanı və sonra Heydər Əliyev Fondunun göndərdiyi Xocalı soyqrımını faktlarla əks etdirən 200 ədəd müxtəlif dillərdə çap olunmuş broşurlar toplusu, Beneluks ölkələrində müxtəlif ünvanlara, o , cümlədən ictimai təşkilatlara, elektron və yazılı KİV-lərə, siyasətçilərə individual olaraq çatdırılmışdır.

2007-ci ilin sonlarında Amsterdam şəhərində, 2008-ci ilin may ayında Rotterdam şəhərində açılmış ana dili məktəbləri Heydər Əliyev Fondu tərəfindən ən son texniki avadanlıq və məktəb ləvazimatı ilə tam təmin edilmişdir. BAK sədri Sahil Qasımovun Bakıya səfərləri zamanı Heydər Əliyev Fondu rəhbərliyi tərəfindən qəbul edilməsi, konqressin planları və ehtiyacları haqda məlumat alınması, dövlətimizin və xalqımızın mənafeləri naminə atılacaq hər bir addımda BAK-a yardım etməyə hazır olduqlarını bəyan etmələri konqressin idarə heyətində daha böyük əzm yaratmaqdadır.

Benilüks Azərbayçanlıları Konqressi (BAK) yarandan ilk gündən bir sıra diaspora təşkilatlarına nisbətən fərqli fəaliyyət göstərməyi qarşıya məqsəd qoyub. Beləki, BAK açıq qapı siyasətindən uzaq olaraq sıralarımıza yalnız Azərbayçan dövləti, xalqı üçün sözdə deyil işdə fəaliyyət göstərmək istəyən şəxslərin dəvət olunması prioritet məsələlərdəndir. Ən ümdə məsələlərdən biri də BAK-la Azərbayçan dövləti rəsmiləri və Milli Məclis üzvləri ilə fərdi əməkdaşlıqdan daha çox qlobal əməkdaşlığın yaradılmasıdır.

Məhz bu məqsədlə daha geniş və rəsmi fəaliyyət göstərmək üçün BAK-ın Bakıdakı səlahiyyətli nümayəndəsi tərəfindən birgə fəaliyyət göstərmək haqda çağırış hazırlanaraq Azərbayçan Milli Məçlisində fəaliyyət göstərən Azərbayçan- Niderland, Azərbayçan-Belçika və Azərbayçan-Luksemburq parlamentlər arası işçi qrupların rəhbərləri, millət vəkilləri Adil Əliyev, Qüdrət Həsənquliyev və Elmira xanım Axundovaya təqdim edildi. 

  Çağırışımıza ilk çavab verən Milli Məçlisin Azərbayçan-Niderland Parlamentlərarası işçi qrupun rəhbəri Adil Əliyev oldu. Qeyd etmək istərdik ki, Azərbayçan-Niderland Parlamentlərarası işçi qrupunda millət vəkilləri Nazim Məmmədov, Tahir Süleymanov və Astan Şahverdiyev təmsil olunurlar.

Adil Əliyev çox gənç millət vəkili olmasına rəğmən bu gün Azərbayçan diasporasının xariçi ölkələrdə geniş siyasi imkanlara malik olması üçün millət vəkillərinin potensialından istifadənin zəruriliyini düzgün qiymətləndirərək, BAK-la istənilən səviyyədə əməkdaşlıq etməyə hazır olduğu haqda rəsmi məktubla çağırışımıza çavab verdi. Əlaqələrimiz yarandıqdan dərhal sonra vəziyyəti yerində öyrənmək, BAK-ın problemləri və nailiyyətləri ilə yaxından tanış olmaq üçün Adil Əliyev BAK sədri Sahil Qasımovun rəsmi dəvəti ilə Niderlandın paytaxtı Amsterdam şəhərinə gəlir. Səmimi və dostluq şəraitində keçirilən səfər zamanı Adil Əliyev rəhbərlik etdiyi işçi qrupu tərəfindən BAK-a hərtərəfli siyasi və mənəvi dəstəy veriləçəyi haqda söz verdi. Millət vəkili verdiyi sözünə əməl edərək BAK-ın keçirdiyi bütün tədbirlərdə yaxından iştirak edərək, Avropa Parlamentinə, Niderland Parlamentinə Milli Məçlisin Azərbayçan-Niderland Parlamentlərarası işçi qrupu adından bəyanatalrın və müraçiətlərin verilməsini təmin etmişdir. 31 mart ərəfəsində BAK-ın Rotterdam şöbəsinin ofisinə ermənilər tərəfindən hüçum olan zaman ilk reaksiya verən Adil Əliyev oldu. Millət vəkili Niderland Daxili İşlər nazirinə rəsmi məktub imzalayaraq Niderlandda yaşayan soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsində kömək etməsini xahiş etmişdir. BAK bugün də qarşıya qoyulmuş prioritetlərin reallaşması üçün Adil Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən Azərbayçan-Niderland Parlamentlərarası işçi qrupu ilə sıx əməkdaşlıq edir.

BAK-ın rəsmi müraçiətinə müsbət çavab verən digər millət vəkili Azərbayçan-Luksemburq Parlamentlərarası işçi qrupun rəhbəri Elmira xanım Axundova olub. Elmira Axundovanın rəhbərliyi altında fəaliyyət göstərən Azərbayçan-Luksemburq Parlamentlərarası işçi qrupunda digər millət vəkilləri Aydın Abbasov, Ərəstun Çavadov, Sabir Haçıyev, Baba Tağıyev ,Fərrux Zeynalov və Elman Məmmədov təmsil olunmuşlar. Elmira xanım BAK-ın Rotterdam şöbəsinin sədri və BAK-ın Bakıdakı səlahiyyətli nümayəndəsini Milli Məçlisin binasında rəsmi şəkildə qəbul edərək problem və prioritetləri müzakirə etmişdir. Millət vəkili qarşıda duran prioritetlərin və problemlərin həllində şəxsən özünün və rəhbərlik etdiyi qrupun köməyindən istifadə etməyi BAK nümayəndələrinə tövsiyə etmişdir. Hazırda BAK-ın Luksemburq parlamenti ilə mövçud əlaqələri Elmira xanımın səyləri nətiçəsində daha da inkişaf etməkdədir.

Adından da göründüyü kimi BAK-da təmsil olunmuş çəmiyyətlər Belçika, Niderland və Lüksemburqda fəaliyyət göstərən diaspora təşkilatlarından ibarətdir. Azərbayçan-Niderland və Azərbayçan-Lüksebruq Parlamentlərarası işçi qrupları ilə yanaşı Azərbayçan-Belçika Parlamentlərarası işçi qrupunun da BAK-la əməkdaşlıq etməsinə böyük ehtiyaç duyulurdu. Çağırışımıza çavab verən Azərbayçan-Belçika Parlamentlərarası işçi qrupunun rəhbəri
 Qüdrət Həsənquliyev BAK-ın Bakıdakı səlahiyyətli nümayəndəsini çox səmimi qəbul edərək rəhbərlik etdiyi işçi qrupun potensialından Azərbayçanımızın, xalqımızın mənafeləri naminə istifadə edilməsini zəruri olduğunu nəzərə çatdırdı. Azərbayçan-Belçika Parlamentlərarası işçi qrupunda İltizam Əkbərli, Ərəstun Cavadov, Çəmil Həsənli, İsa Həbibbəyli, Fəzail İbrahimli, Fuad Muradov, Zahid Oruçov, Baba Tağıyev, Fərrux Zeynalov kimi tanınmış millət vəkillərinin olması BAK üçün Belçika parlamenti ilə əlaqələri genişləndirməyə böyük imkanlar açır. BAK-ın hazırlanmaqda olan informasiya və Təbliğat Strategiyasının müxtəlif bəndlərinin həyata keçirilməsi üçün BAK-la Azərbayçan-Belçika Parlamentlərarası işçi qrupunun çox geniş imkanları yaranmaqdadır.

Azərbayçan Respublikası Milli Məçlisin Vitse spikeri Ziyafət Əsgərov BAK-ın inkişaf edərək ən güçlü diaspora təşkilatına çevrilməsi üçün bizə hərtərəfli dəstək olması konqressin fəaliyyətində mühüm rol oynamaqdadır. BAK idarə heyəti prioritet olaraq qarşısına qoymuş çox böyük layihələrin hayata vəsiqə almasında Ziyafət Əsgərovun köməyindən bu gün də bütün parametrlərdə istifadə etməkdədir. 

 Hələ BAK təsis edilməzdən əvvəl Niderlandda «Niderland-Azərbaycan cəmiyyəti» kimi fəaliyyət göstərərkən Əli Abbasovun rəhbərliyi altında fəaliyyət göstərən Azərbaycan Respublikası İnformasiya və Rabitə Nazirliyinin daimi dəstəyini hiss etmişik. Beləki, Əli Abbasovun şəxsi göstərişi nəticəsində cəmiyyətin Bakı ofisi tərəfindən “AZ&NL News” (Azərbaycan Niderland News) qəzetinin, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş kitabların, plakatların, broşurların, rəsm əsərlərinin, Avropa ölkələrində böyük həcmdə yayımlamaq üçün cd-lərin Azərbaycandan Nideralanda poçt vasitəsi ilə pulsuz olaraq göndərilməsi təmin edilmişdir. Ki, bunun da nəticəsində qənaət edilmiş böyük maddi vəsait tədbirin daha geniş keçirilməsinə imkan yaratmışdır. Əli Abbasov Azərbaycan ziyalısı, dövlət məmuru olaraq bugün də BAK-ın bütün müracətlərinə dərhal reaksiya verərək Avropada diasporamızın güclənməsində öz töhfəsini verməkdədir.

KÜTLƏVİ   İNFORMASİYA   VASİTƏLƏRİ

BAK Azərbaycanda fəaliyyət göstərən bir sıra kütləvi informasiya vasitələrinin bizə dəstək olmasını hər zaman yüksək qiymətləndirmişdir. Bəzi hallarda ölkəmizdə fəaliyyət göstərən KİV-lərdə BAK-ın yayımladığı informasiyaların yalnız Azərbaycanda eşidildiyini deyənlər yanılırlar.

BAK-ın Rotterdam şəhərindəki ofisinə ermənilər tərəfindən edilən hücum zamanı Azərbaycan kütləvi informasiya vasitələrinin bizə verdikləri dəstək nəticəsində bu informasyia dünyanın bir çox ölkələrində əks səda vermişdi. ANS, AZTV, ATV və Lider telekanallarının, Ayna, Zerkalo, Exo, 525-ci qəzet, qəzetlərinin BAK-a verdiyi dəstək və səyləri nəticəsində Ermənistan Xariçi İşlər Nazirliyi hər zaman olduğu kimi beynəxalq ictimaiyyət qarşısında yalan bəyanat verərək hadisəni təkzib etməyə çalışmışdı. Bundan əlavə yuxarıda adları sadalanan KİV-lər vasitəsi ilə BAK Azərbaycan ictimaiyyəti ilə sıx əlaqə yaratmağa müvffəq olub. Öz dövlətinin KİV-i, ictimaiyyəti ilə sıx əməkdaşlığı olmayn hər hansı diaspora təşkilatının xarici dövlətdə effektiv fəaliyyət göstərməsi absurddur. BAK-la etdikləri sıx əməkdaşlığa görə ANS, AZTV, ATV və Lider telekanallarına, Ayna, Zerkalo, 525-ci qəzet, Xalq qəzeti, Exo qəzetlərinə, Azərtac və APA informasiya agentliklərinə, Mediaforum İnternet qəzetinə dərin minnətdarlığımızı bildiririk və onların dəstəyinə hər zaman arxalanırıq.