Haqqımızda

 

Benilüks Azərbaycanıları Konqresi 2006-cı il 18 noyabr tarixində Hollandiyanın paytaxtı Amsterdam şəhərində 15 təşkilatın birləşməsi nəticəsində yaranmışdır. Konqresin təşəbbüs qrupunun məqsədi Belçika, Niderland və Lüksemburqda uzun illər boyunca pərakəndə şəkildə fəaliyyət göstərən onlarla diaspora təşkilatını bir konqresdə birləşdirmək və birləşmə nəticəsində yaranacaq Benilüks Azərbaycanıları Konqresinin fəaliyyətini birgə kordinasiya edərək daha effektli fəaliyyət göstərməkdən ibarət olmuşdur. Benilüks Azərbaycanıları Konqresində birləşmiş bütün təşkilatların məqsədi vətənimizə, dövlətimizə xidmət etmək və Azərbaycanımızı Avropada layiqincə təmsil etməkdən ibarətdir. Qeyd etmək istərdik ki, Benilüks Azərbaycanıları Konqresində birləşmiş bütün təşkilatların rəhbərləri və üzvləri xalqımızın Ümummillli lideri Heydər Əliyev siyasətinin və bu siyasəti uğurla davam etdirən Prezidentimiz İlham Əliyev cənablarının sadiq tərəfdarlarıdırlar. Benilüks Azərbaycanıları Konqresi də azərbaycanlılarla yanaşı həmdə İrak türkmənləri 9 təşkilatla federasiya şəkilində təmsil olunmuşlar. Konqres yarandığı tarixdən Azərbaycanın Avropada layiqincə təmsil olunması, erməni təbliğat maşının qarşısınının alınmasında öz töhfəsini verməyə müvəffəq olmuşdur. Doğrudur əldə olunmuş nailiyyətlər hələ də istənilən səviyyədə olmasada yenədə bu vaxta qədər mövcud olmuş boşluq doldurulmuşdur ki, bu da Benilüks ölkələrində ermənilərin sərbəst şəkildə öz yalan təbliğatlarını yaymaları üçün Benilüks Azərbaycanıları Konqresi keçilməz maneəyə çevrilmişdir.