QƏZETİMİZ

AZƏRBAYCAN XALÇASI

Sənətşünaslıq doktoru,
Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru
Röya Tağıyeva

İnsanın bədəni Ruhdan aşağıdır, o İnsanı ifadə eləmir. İnsan üçün məkan əhəmiyyətli deyil, lakin İnsan öz məkanına Vətən müqəddəsliyi, yurd məhəbbəti bağışlayır – onu Ruh məkanı qədər sevməyə çalışır. Yaradıcı insan isə onun bədii-fikri obrazını öz milli zərif gözəl poetik ifadələrində, musiqi əsərlərində, xalçada yaratmağa çalışıb. Zamanın çöhrəsi sənət güzgüsündə görünür, zaman öz əbədiliyini sənətdə dərk edir. Xalçanın hikməti Zaman ölçüsündə dünyəvi fikir səviyyəsini ötür. çünki onda böyük bir xalqın tarixi inancları, mifik görüşləri, kosmoqonik anlayışları, təriqətləri, bütün mənəvi varidatı – nə varsa, naxışa, rəngə, ilməyə çevrilib. Azərbaycan xalçası – Dünyanın bədii-texniki möcüzəsidir. Onda fikir və ehtiras, şövq və etizaz ağıl və siyasət mətnləri var. O, təkcə öz ekzotik təbiiliyi ilə deyil, həm də son dərəcə etnogenezi özündə qabarıq şəkildə bildirən, kök-özül ab-havasını saxlayan bir sənət nümunəsidi. O özünəməxsusdur, özgələrdəngəlmə ornamental ayrıntılar isə Azərbaycan xalçasının bədii kompozisiya metaforasının ümumi sistemində əriyir. Lakin sənət şedevrləri təkcə öz xalqına deyil, bütün Dünyaya məxsusdur. Azərbaycan xalçası həm də Dünya dəyərbilənlərindi.

Xalça dili, onun gizli mənalarının ieroqlif və piktoqrammlarla şərhi ondakı məqsədin şifrələri zəngin tədqiqat, xəzinə dəyərli elm mənbəyidir.

Azərbaycan xalçası beş min illik insanın həyat və əbədiyyat, məişət köməkçisi, yol yoldaşıdır. Tunc dövrünün ikinci minilliyindən üzü bu günə tarixin ayaqlarına döşənmiş Azərbaycan xalçası – hər bir azərbaycanlının qədəmgahı, yüyrüyü, evinin bəzəyi, rahatlığı, mebeli, atının, dəvəsinin çulu, bəzəyi, uzaq səfərlərdə çadırı, ibadət səccadəsi, qoruyucu talismanı, ritual vəsaiti və son mənzilə aparılanda bürücəyi olub. Xalçaçılıq özünün adi toxuculuğa əsaslanan inkişafında uzun bir təkamül yolu keçmişdir. Eneolit dövründən müşahidə edilən toxuculuğun mənşəyini isə Qobustandan tapılan, neolit dövrünə aid bitki xammalından sadə hörmə metodu ilə müxtəlif əşyaların hazırlanması üçün işlədilən alətlər və Kültəpədən, Üzərliktəpədən, Sarıtəpədən, Xanlardan və s. tapılan, eneolit dövrünə aid gil, sümük tağalaqlar, iylər sübut edir.

Tədqiqatçıların fikrincə, yun xalçalar hələ eramızdan əvvəl tunc dövründə – II minillikdə mövcud olub. Belə ki, bu dövrə aid sadə toxuculuq dəzgahları, Maku şəhərində nəbati ornamentli xalça-çulla örtülmüş gil at heykəlciyi tapılıb. Naxçıvanın qədim qəbiristanlıq qazıntılarından tapılmış olan kişi fiqurunun əynindəki qırmızı və qara rənglərlə boyanmış geyim də bu dövrdə yerli toxucuların həm də parçaları boyamaq qaydasını mənimsədiklərini təsdiqləyir. Buradakı boyaq maddələrinin çox qədim vaxtlardan mövcudluğunu Herodotun Qafqazda parçaları boyamaq adəti haqqında verdiyi məlumatlar da təsdiq edir.

Eramızın VII əsrindən başlayaraq Azərbaycan xalçaları tarixi sənət yadigarları arasında həmişə xatırlanır, onların gözəl toxunuşu və nadir gözəlliyi qeyd olunur, yuksək qiymətləndirilir. Müəlliflər xalça sənətinin forma zənginliyi, texnoloji və bədii xüsusiyyətlərinin geniş diapozonu haqqında əsaslı məlumat verirlər.

VII əsr alban tarixçisi Musa Kalankatuklu Albaniyada xalça istehsalı və zadəganların məişətində bunlardan istifadə edilməsi barədə məlumat verir. VII əsr çin səyyahı Xuan-Tes-ank Azərbaycanı iri xalça istehsalı mərkəzi adlandırır. Bunu arxeoloji tədqiqatlar da sübut edir. VII əsr katakomba mağaralarında toxuculuq dəzgahının, yun iplərin qalıqları, xalçaçının əmək alətləri, keçə, çürümüş xalı və palaz parçaları tapılmışdır.

Şahənşah I Xosrova (531-579-cu illər) məxsus «Xosrovun baharı» adlı xalçanı, demək olar ki, bütün tədqiqatçılar təsvir etmişlər. Bu da təsadüfi deyil ki, həmin süjet sonrakı əsrlərdə inkişaf etdirilmiş və öz inkişafını «Dörd fəsil» adlanan çoxsaylı Təbriz xalçalarında tapmışdır. Orta əsr mənbələrində Azərbaycan xalçalarının xüsusiyyətlərindən və tiplərindən də bəhs edilir. IX-X əsr ərəb tarixçisi Təbəri Azərbaycan xalçalarının yüksək keyfiyyəti barədə məlumat verir. X əsrə aid «Hüdud-əl-Aləm» adlı naməlum mənbə qeyd edir ki, Azərbaycanın Mərənd, Gəncə, Şəmkir şəhərlərində yüksək keyfiyyətli yun məmulatlar istehsal edirdilər. Naxçıvanda, Xoyda, Muğanda, Səlmasda və Ərdəbildə toxunan xalça və palazlar böyük şöhrət qazanmışdı. X əsr ərəb səyyahı Əl-Məsudi də bunu qeyd edərək yazırdı ki, Mərənddə, Təbrizdə, Ərdəbildə «Məxfur» adlı xalçalar istehsal edilir. X əsr ərəb müəllifi Əl-Müqəddəsi gözəl Qarabağ xalçaları, xüsusən «… misli-bərabəri olmayan» Bərdə xalçaları haqqında məlumat verir. Ərəb müəllifi Əl-İstəhri (X əsr) Bərdədən Hindistana ixrac edilən qızılı boyaq maddəsi (boyaqotu - marena) barədə Əl Müqəddəsi, Gövhəl (X əsr) kimi digər müəlliflər isə al-qırmızı boya alınan və hətta Avropaya ixrac edilən «qırmız» adlı xüsusi qurdlar barədə məlumat verirlər.

Xalça məmulatlarından götürülmüş ornamentlərə epiqrafik abidələrdə, xüsusən qəbir daşlarında tez-tez təsadüf edilir. Laçın rayonundan, Sisyan rayonun Urud kəndindən və Abşerondan tapılmış qəbir daşlarında hətta xalçaçılıqda istifadə olunan toxuculuq dəzgahları və alətlərinin təsvirinə də rast gəlinir. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində XV-XVI əsrlərə aid bir neçə belə qəbirdaşı saxlanılır.

Yunan tarixçisi Ksenofontun e.ə. V əsrdən verdiyi xəbərə görə Azərbaycanda artıq bü dövrdə xalça təkcə gərəkli ev əşyası deyil bədii sənət əsəri kimi dəyərləndirilirdi. Digər tarixçi Herodotun dediyinə görə toxuculuqda istifadə olunan əsrarəngiz rəng çalarları, boyalar elə Azərbaycan təbiətinin rənglərinə bənzəyirdi. IX-XI əsr Azərbaycanında Qəhrəmanlıq əzmi ilə yanaşı Saz, Poeziya, Xalça Ruhları var idi. Bu dövrə aid – ana kitabımız «Dədə Qorqud» boylarında ilk kəlamlardan Türk- Azərbaycan evinin möhtəşəm varidatını vəsf eləyən «min yerdə ala xalısı döşənmişdi», «ipək xalçalar sərilmişdi», «qırmızı çadırlar, gərdəklər qurulmuşdu» ifadələri var. Dastanda təsvir olunan ala çadırlı, qırmızı gərdəkli Türk – Azərbaycan evi zolaqlı palazlardan, şəddə kilimlərdən rövnəqlənirdi. Qara çadırlar, qara kilimlər yuğa, yasa rəng verirdi, qara keçələr istilik, rahatlıq gətirirdi. Deməli, Qorqud dolaşdığı eldə hər qopuz çalıb, öydüyü, təriflədiyi ban (uca) evin xalı-xalçasını öncə vəsf edirdi. çadırlar, sözsüz ki, ağ, qara, qırmızı kilimlərdən qurulurdu. Rəngbərəng cecimlər-yatacaq, geyim materialı kimi qiymətli, isti keçələr, kəpənək-yapınçılar, xurcunlar, heybələr, baş, ayaq geyimləri xalça məmulatları idi.



Azərbaycan xalça sənəti özünün ən parlaq yüksəliş və əsil şahlıq dövrlərini orta əsrlərdə yaşamışdır. Bu baxımdan, Azərbaycan xalçaçılığının və bütünlükdə dekorativ-tətbiqi incəsənətinin klassik və ya «qızıl dövrü» XV- XVI əsrlər hesab olunur. Xalçaçılıq sənətinə çox böyük təsir göstərmiş Təbriz miniatür rəssamlığı həmin dövrdə ən yüksək çiçəklənmə mərhələsinə çatır. XVI əsrdəTəbrizdə Azərbaycan Səfəvilər dövləti hökmdarlarının himayədarlıq etdikləri və o zamanlar üçün çox böyük saray emalatxanaları fəaliyyət göstərirdi; burada xalça ustaları ilə sıx əlaqəli şəkildə peşəkar miniatürçü rəssamlar da çalışır, yeni «Ləçəkturunc», «Ovçuluq», «Əfşan», «Xətai», «Ağaclı» və s. xalçalar üçün mürəkkəb kompozisiyalı eskizlər hazırlayırdılar. Bu dövrdə yaradılan xalça sənəti inciləri öz üslub vəhdəti, real həyati motivlərin miniatür rəngkarlığa xas poetikliyi, zərifliyi və ənənəvi müstəvi-dekorativ bəzək ünsürlərinin ahəngdar şəkildə uzlaşdırılması, forma və tənasüblərin zərgər dəqiqliyi, naxışların və rəng ahəngdarlığının incəliyi ilə seçilir.

Dünya sənət inciləri sırasında sayılan 1539-cu ildə toxunan «Şeyx Səfi» xalçası Londondakı məşhur «Viktoriya Albert» muzeyində – dünya tamaşaçılarının diqqət mərkəzindədir və dünya sənət biliciləri «Şeyx Səfi»ni xalça sənətinin zirvəsi adlandırırlar.

İntibah dövrünün sənətkarları üçün Azərbaycan xalça ornamentləri kompozisiyaları zəngin mənbəyə çevrilmişdi. Venetsiyada XV əsrdə Azərbaycan xalçasının ornamentləri ilə əntiq parçalar toxunurdu, qərb rəssamları insanları öz əsərlərində Azərbaycan xalçası təsvir edirlər: Avropa məişətində xalçamız son dərəcə nəfis, əntiq, qiymətli ev əşyası kimi yüksək mövqe tutumuşdu. Azərbaycan xalçası o qədər nüfuz qazanmışdı ki, kübar ailələr mərhuma ehtiramlarını bildirmək üçün onun məzar daşına xalça çəkirdilər. Dünyanın çox sanballı muzeylərinə Azərbaycan xalça nümunələri aparılmışdır.

Azərbaycan xalçası ritual mədəniyyətə xidmət edən, sakrallıqla dolu sənət növüdür. Mifik təfəkkürləri simvolizə edən totem anlayış – qoç, at başları, əjdahanın Xətai,«S» vari stilizi, keçinin, qoçun buynuzları, alamuncuqlar, pitiklər – dualar, qoruyucular kimi təsvir olunan xalçalarımızda haşiyələri ayıran «su» xətti də müdafiə rəmzidi. Bizim qədim xalçalar möhkəm qalalarla, qoruyucu qüvvələrlə əhatələnmiş, hüdudlanmış, ortasında isə misli görünməyən bir təfəkkürlə bir naxışı minbir sirr söyləyən kompozisiya – gözəl bir ölkə, ulu bir məhəbbət, igidilik, iqtisadi – ictimai səlnamələr toplusu yerləşən xəzinəyə bənzəyir. Qorqud Ata əcəl qorxusu gələndə ölümün əlindən, labüdlükdən can qurtarmaq üçün içərisinə xalça sərilmiş qayıqda, su üzərində Qopuz çaldı, Suyu, Xalçanı, Qopuzu qoruyucu ölümsüzlük saydı.

Üzü Göylərə, şəriətdən həqiqətə, Tanrıya doğru əbədi və yenilməz bir yol – təriqət ideologiyası. XI - XVI əsr Azərbaycan incəsənət aləminin hər bir sahəsi kimi xalça sənətində də özünü göstərdi. Halın bədii ifadəsi Poeziyada, Musiqidə olduğu kimi xalça ornamentlərində də öz Sufi işığı, islam imanının şoxu ilə işıqlandı. Xalçalarda lirizm, mücərrədçilik, fikir qatı ayrı – ayrı motivlərdə gücləndi.

Xalça sənətinin yaranmasını saysız-hesabsız utilitar funksiya daşıyan xovsuz xalçaların meydana çıxması ilə əlaqələndirirlər. «Palaz», «Kilim», «cecim», «Şəddə», «Vərni», «Zili»,«Sumax» və bir sıra başqa xovsuz xalça və xalça məmulatları arabaların, çadırların üstünün, yan-yörəsinin örtülməsində istifadə olunmuş, pərdə, örtük, ayaqaltı kimi işlənmiş, döşəməyə salınmışdır. Gündəlik tələbatdan irəli gələn bu əşyaların hazırlanmasında da sözün əsl mənasında xalqın özünəməxsus obrazlı düşüncə tərzi, onun təkzibedilməz düha sahibi olduğu özünü aydın göstərir.

Sumaxlar – yəqin ki, lap isti havalarda sərin, xovsuz bir xalça kimi ulularımızın rahatlığına yarayıb. çətin bir texnikayla toxunan sumaxların əsas vətəni Dəmirqapıdan aşağıya, Kilxinçaya, Şirvan ərazilərində qədər sayılır. Sumaxlar xovlu xalçalardan naxış və kompozisiyalarla bəzədilir.

Vərni – mifik dünya, əfsanələr aləmidi. Üzərində Z-vari, S naxışlar stilizə olunmuş, xalq yaradıcılığında ikilisəciyyəli – xeyir və şər rəmzi sayılan Əcdaha ornamentləridir. Əjdaha zoomorfik obrazı türkdilli xalqların mifolojisində su tanrısı suyun simvolik, magik elementi sayılır. Bəlkə də islam dininin sonralar fiqurativ təsviri yasaq etməsi – kerçəkliyi şərti, dekorativ, mücərrəd əks etdirmək məcburiyyətindən bu cür işarələrlə təsvir edirdilər. Vərninin mürəkkəb türk düyümü, dolama – keçirmə texnikası ilə naxışlanıb toxunması bütün dünya sənətsevərlərində heyrət doğurur. Vərninin Ağcabədidə toxunmuş ən gözəl nümunələrindən biri Nyu – Yorkda Metropoliten muzeyində saxlanılır.

Sadə xovsuz xalça toxunuşundan ağır xovlu xalça toxunuşuna keçilməsinin başlıca səbəbi iqlim şəraiti ilə əlaqədar olub. Lakin çox ehtimal ki, bədililik hissi, gözəllik duyğuları, insanın həyatda, yaratdığı hər bir əşyada əbədiliyi görmək istəyi xalq ustalarını naxışların zərif nüanslarını verməyə imkan yaradan, təbiətin zəngin boyalarını, rəng çalarlarını canlandırmağa qadir olan, əşyaya davamlılıq keyfiyyəti gətirən toxunuş üslubu axtarıb tapmağa məcbur edib.

Müəyyən tətbiq sahəsi olan müxtəlif xalçalar da belə toxunmuşdur.

Bunlardan “Xalça”, “Gəbə”, “Dəst- xəli – gəbə”, “Puştu”, “Namazlıq” kimi döşəmə və divar xalçalarını və müxtəlif məişət təyinatlı xalça növlərini fərqləndirmək olar, sonuncular arasında “Pərdə”, “Taxtüstü”(yataq örtüyü) kimi istifadə edilən və s. xalçalar qeyd oluna bilər.

Azərbaycanda xalçaçılığın çoxəsrlik inkişafı ərzində tarixən sabit xalçaçılıq mərkəzləri: Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Borçalı, Göyçə, Qarabağ, Şuşa, cəbrayıl, Naxçıvan, Zəngəzur, Təbriz, Ərdəbil, Zəncan, Xalxal, Urmiya, Qaradağ, Mərənd, Marağa formalaşmışdır. Bu mərkəzlərin inkişafı bir sıra təbii - coğrafi, tarixi, iqtisadi amillərlə, xüsusən də xalçaçılığın əsas xammal bazası olan qoyunçuluqla bağlıdır ki, bunlar da tarixən heyvandarlığın geniş yayıldığı ərazilər olmuşdur.

Hər bir mərkəzin xalçaları məxsusi, fərdi, bədii və texniki xüsusiyyətlərlə seçilir ki, həmin xüsusiyyətlər təsərrüfat, məişət və sosial amillərlə müəyyənləşmiş, onların estetik təfəkkürünün əsasını isə daim bu ərazilərdə təşəkkül tapmış qədim toxuculuq ənənələri təşkil etmişdir.

Xalça mərkəzlərinin məxsusi xüsusiyyətləri və adları Azərbaycanın məşhur xalça məktəblərinin elmi təsnifatının əsasını təşkil edir.

Bu məktəblər milli naxışların ümumi prinsiplərini, ənənəvi elementlərini və xalça motivlərini saxlamaqla kompozisiya, rəng həllini özünəməxsus traktovkasını, adları bəlii olmayan sənətkarlarının dəst-xəttini xalçaçılıq sənətimizə gətirmişlər. Bu amillər isə Azərbaycan xalçasına orijinallıq və özünəməxsusluq verən rəng, ornament, kompozisiya çoxvariantlılığını təmin edir. Nəzərə alınsa ki, incəsənətin hər bir növü həyatın məcazi mənada ifadəsidir – metaforadır, onda deyə bilərik ki, xalça sənəti simvollar və işarələr dilinə çevrilmiş, zahirən mücərrəd görünən bir metaforadır. Azərbaycan xalçaları bizi özünün musiqililiyi, melodiyası, ciddi ritmi, işarə və reallağının həndəsi simmetriya ilə verilməsi ilə heyran qoyur.

Məzmun dərinliyi və forma rəngarəngliyi, təsvirin müstəvi həlli ideyası, ritmik cizgi rəsmi, gözəlliyi, mərkəzi hissənin və haşiyənin ənənəvi ayrıntıları, ətraf mühit elementlərinin lakonik boyalarla, nəbati və həndəsi formalarla ifadəsi Azərbaycan xalçalarının estetik prinsiplərinin əsaslarını təşkil edir.

Belə ki, Qubada toxunan xalçalardan - «Pirəbədil», «Qımıl», «Sırt çiçi» zərifliyi, rəsm və naxış elementləri ayrıntılarının nəcibliyini, səthə taxılmış kimi görünən - toxunmasıbelə hiss olunmayan elementləri, xırdalanmış cizgi rəsmi, yığcam rəng qammaları ilə insanı heyran eyləyir. Şirvan xalçalarından - «Muğan», «Şilyan» bir növ ilk - qədim xalçalarımıza oxşayır. Bu xalçalarda qədim xalça kompozisiyaları ciddi ritmlə realizə edilir, sakit kolorit üstündür. Qarabağ xalçaları - «Xanlıq», «Malıbəyli», «Lampa»da yüksək kompozisiya ustalığı, ağlasığmaz fantaziya, kolorit əlvanlığı ön planda dayanır. Bununla belə XIX əsrdə Şuşada yüksək xalçaçılıq texnikasının inkişafı haqqında tədqtqatçı Yakov Zedqinidzide belə qeyd edirdi ki, demək olar ki, Şuşada xalçaçılıqla bütün azərbaycanlı ailələr məşğul idi. Ermənilər xalça toxumağı azərbaycanlılardan öyrənməli idirlər”. XVII-XVIII əsrlərdə Qarabağda toxunmuş məşhur “Əjdahalı” –«Xatai» xalçaları Amerikanın Tekstil Muzeyinin fəxri sayılır.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Azərbayçanın xalq artisti, Respublika Dövlət Mükafatı Laureatı, professor Vasif Adıgözəlov son müsahibələrindən birini «Azərbayçan Beneluks Neüs» qəzetinə vermişdir. Müsahibə qəzetdə dərç edilən zaman mərhum bəstəkarımız hələ həyatda idi. Allah rəhmət eləsin.

Əlimizdə ən böyük silah müğamlarımızdır.

Azərbayçanın xalq artisti Tofiq Quliyev: «Vasifin hər yeni əsəri dinləyiçi ücün bir tapıntıdır»

Azərbayçan Bəstəkarlar İttifaqı 1934-çü ildə yaradılıb. Hazırda Bəstəkarlar İttifaqının 170-dən artıq üzvü və respublikamızın 4 bölgəsində təşkilatları vardır. Ümidveriçi haldır ki, böyük sənətkarlarımızın ənənlərini yeni nəslin bəstəkar və musiqişunasları layiqinçə davam etdirir. Bu nəslin başında xalq musiqisinin sirli, sehrli aləmindən qidalanan Azərbayçanın xalq artisti, Respublika Dövlət Mükafatı Laureatı, professor Vasif Adıgözəlov durur. Atası - görkəmli sənətkar Zülfü Adıgözəlovun yaradıçılığı bəstəkarın ilk sənət məktəbi olmuşdur. Onun Azərbayçan Bəstəkarlar İttifaqının birinçi katibi kimi Azərbayçan musiqi həyatının inkişafında, Azərbayçan Dövlət Konservatoriyasının professoru kimi respublikada milli kadrların yetişməsində böyük əməyi olmuşdur…

Bəstəkarlıq sahəsində baş verən təbii prosesləri acıqlamaq ücün suallarımızı görkəmli sənətkara ünvanlayırıq: - Vasif müəllim, xalqımızın həyatında baş verən müsbət və ya mənfi hadisələr bəstəkarların əsərlərində iz qoyubmu?

- Deyərdim, yaradıçı ziyalılarımız zamanın nəbzini hiss edir, özlərindən asılı olmayaraq yaradıçılıqlarını bu hadisələrə yönəldirlər. Qanlı yanvar hadisələri, coxillik müharibə, 20 faiz torpaqlarımızın işğalı, amansız terror aktları, vətənpərvərlik, torpağın müqəddəsliyi mövzusu bəstəkarlarımızın 500-dən cox böük və kicik həçmli əsərlərində öz əksini tapıb. Axı bu illər respublikamızın içtimai – siyasi həyatında, xalqımızın coxəsrlik tarixində son dərəçə gərgin və mürəkkəb bir dövr olmuşdur. Bu illər ərzində Bəstəkarlar İttifaqı 30-dan atıq üzvünü itirib. Bunların sırasında Azərbayçan musiqi mədəniyyətinin inkişafında böyük rol oynamış, ona əvəzsiz inçilər bəxş etmiş sənətkarlar da var.

- Son vaxtlar müəllif konsertləri, simfonik orkestrlər, bəstəkarların yubileyləri ilə əlaqədar konsertlər verilir? Tamaşacı kontingenti sizi qane edirmi?

- Filarmoniyada olan konsertlərə dinləyiçilər yaxşı gəlirlər. Amma Filarmoniya çəmi 600-700 yerlikdir. Söhbət geniş təbliğatdan gedir. Bu gün mavi ekran və radio dalğalarının üzərinə düşən məsuliyyət cox böyükdür. Görürsünüz, SPYS-in kecirdiyi muğam müsabiqəsi xalqın rəğbətini qazandı. Bu, bizim klassik musiqimizin ən gözəl təbliğidir. Amma müasir musiqimizi də elə təbliğ etmək lazımdır. Niyə bir bəstəkarın yaradıçılıq geçəsini kecirəndə Filarmoniya ağzına kimi dolur? Mənim ziyalılarım var axı. Bunlar bir növ müasir musiqini qavramaqda cətinlik cəkənlərlə müasirlərimiz arasında körpüdürlər. Bu körpüdən istifadə etmək lazımdır.

Vaxtilə Filarmoniyada simfonik konsertlər keciriləndə bizim ulu öndərimiz özü əyləşir və bütün məmurları da yığırdı ora. Bu, musiqinin təbliği və məmurların müasirləşməsi yolunda cox çiddi bir addım idi. İndi biz klassik və müasir musiqimizi arxa plana cəkəndə, meydanda qalır ara oxuyanlar. Mən bunun əleyhinə deyiləm. Özüm bəzən belə yerlərdə onları dinləyirəm. Amma restoranda oxuyanın öz repertuarı var. Orada oxunan musiqi efirdə gedə bilməz. Qabaqlar Operada oxunan muğamat hec vaxt Filarmoniyanın səhnəsində oxunmazdı. Bunların səmti tamam başqadır. Bu inçəlikləri biz axı vaxtında bilmişik, qorumuşuq, saxlamışıq. İndi niyə bunları dağıdırıq? cox vaçib olan mövzuların ön planda səslənməməsi idarələrdə, ekranlarda, radio dalğalarında işləyən məmurların zövqündən münasibətindən irəli gəlir...

- Hərdən deyirik ki, gərək hamımız zərbəni bir yerə vuraq, buna əməl edirik?

- Bu o deməkdir ki, hamını əhval-ruhiyyəsi bir səmtə yönəldilməlidir. Bu dəqiqə Azərbayçan torpaqları erməni daşnaklarının ayağı altında tapdanır. Bunun hiss etməkdən ötəri Qarabağ Azərbayçan ücün nə deməkdir,- gərək onu biləsən. cox aşağı səviyyəli musiqi parcalarını xalqımızın beyninə yeritmək böyük qəbahətdir.

Yaxın günlərdə internet vasitəsilə dinlədim. Amerikadan iki gün Azərbayçan bəstəkarlarının əsərləri səslənərək bütün dünyaya yayıldı. Amma Azərbayçanda radio, televiziya kanalı, Azər Taç… hec kimin xəbəri yoxdur bundan. Biganəlik, öz cərcivəmizdə sıxılmağımız, ətrafa baxa bilməməyimiz bizi hər sahədə xeyli geriyə atır və bunun nətiçəsi fəsadlarla nətiçələnir.

- Kecən əsr bizim görkəmli bəstəkarlarımız yetişdi. Bu ənənə bu gün davam edirmi?

- Kecmiş SSRİ respublikalarının icərisində hec bir respublika Azərbayçan qədər inkişaf eləməmişdi. Mən RSFSR-i götürmürəm. cünki RSFSR-də Prokofyev, Şaponin, Şostakovic, Şedrin vardı. Amma Orta Asiya, Zaqafqaziya resublikalarını götürəndə, hec yerdə nə Qara Qarayev, nə Fikrət Əmirov, Nə Niyazi, nə çövdət Haçıyev, nə Soltan Haçıbəyov, nə Rauf Haçıyev vardı. Bu sıcrayış Azərbayçan bəstəkarlarının Rusiyada aldığı savadın, Şostakovicin tələbələri olan Q. Qarayev və ç.Haçıyevin Bakıda böyük bir məktəb yaratmasının nətiçəsi idi.

- Bu gün gənçlərimiz hər hansı sahədə müasirliyə cox çan atırlar. Bu, sizin sahədə neçə reallaşır?

- Azərbayçan Dövlət Bakı Musiqi Akademiyasında bəstəkarlıq kafedrasında istedadlı gənçlər yetişir.Oranın rəhbəri gözəl bəstəkarımız Arif Məlikovdur. Gənçlik həmişə müasirliyə çan atır. «Müasirlik» özü cox mürəkkəb bir anlayışdır. Mən həmişə deyirəm, Üzeyir bəy müasir deyilmi? Qara Qarayev müasir deyilmi? Fikrət Əmirov müasir deyilmi? Müasirlik o deyil ki, elə musiqi yazasan, hec kəs başa düşməsin. Müasirlik odur ki, səni müasir xalqın başa düşsün, sənin musiqin xalqın ürəyinə yatsın, dinləyən bilsin ki, bu Məmmədin, bu da Əhmədin musiqisidir. Rəhmətlik Süleyman Ələsgərov deyərdi ki, «a bala, mən yazdığım musiqinin soyadı üstündədirmi?» Yəni Azərbayçan musiqisidirmi? Bəziləri deyirlər ki, «mənim musiqimə İsvecrədə böyük qiymət verirlər». Vaçib deyil sənin musiqini xariçdə dəyərləndirsinlər və ya musiqi professoru başa düşüb qiymətləndirsin.

Mənə lazımdır ki, sənin musiqini xalq başa düşsün. Bu baxımdan bizim əlimizdə ən böyük silah muğamlarımızdır. Allah Üzeyir bəyə qəni-qəni rəhmət eləsin. Elə özül qoyub gedib ki, hələ min illər onun qoyub getdiyi məktəbi davam və inkişaf etdirmək lazımdır. Mən həmişə deyirəm ki, Üzeyir bəy bizim mədəniyyətimizin peyğəmbəridir. Baxın, görün bu günə qədər «Koroğlu» səviyyəsində opera yazılıbmı? Sirr bundadır ki, Üzeyir bəy xalqın nəbzini tuta bilmişdi.Üzeyir bəyin əsərlərini təhlil edəndə fikirləşirsən ki, burda hec nə yoxdur axı. Dərindən düşünəndə, görürsən hər şey var. Doğru deyirlər ki, ən böyük dahilik, sadəlikdir. İstedad xalqın zövqünü başa düşmək, xalqı sevmək, xalqın adət-ənənəsinə hörmət etmək, özünü xalqdan ayırmamaqdır. Azərbayçanda Bəstəkarlar İttifaqının təxminən 170-180 üzvünün icərisində dünya şöhrətlisi, çavanı, yaşlısı var. Bunları yaşatmaq, zəhmətlərini dəyərləndirmək lazımdır. Mən belə hesab edirəm ki, bizim xalq cox istedadlı xalqdır. Azərbayçan xalqı öz yaradıçılığını, təbiətini, istedadını düz səmtə yönəltsə, özü-özünə badalaq qurmasa, bu xalqın qarşısında hec kim dura bilməz.

- Vasif müəllim, Azərbayçanda Rusiya günləri kecirilir. Bu barədə…

- Azərbayçanda Rusiya ili cərcivəsində tədbirlər kecirilir və görkəmli bəstəkar Şostakovicin də 100 illik yubileyi bunun icərsində gedir. Bu, təsadüfi deyil. Şostakovicin Azərbayçan musiqisinin inkişafında rolu cox böyükdür. Belə dövlət səviyyəsində tədbirlərin kecirilməsi Azərbayçan mədəniyyətinin inkişafına böyük təkandır. Ziyalılarımız bunu dəstəkləyirlər.

- Gənç bəstəkarlara nə arzulardınız?

- Müəllimim Qara Qarayevlə görüşəndə mənə ilk sualı belə oldu : «Bəstəkar olmaq istəyirsən, bilirsənm bu nə deməkdir?» Sorğu cox sadədir. Amma bu üc kəlmənin zəhmi məni tutdu. Sonra əlavə etdi: «Bu, bütün həyatın boyu işləmək, müasir musiqinin çürətli addımlarına catmaq, dinçlik bilməmək, narahatlıq deməkdir». Ondan eşitdiyim bu sözlər həyatımın devizi oldu. Mən də gənçlərə sadəçə bunu tövsiyə edərdim.

Saminə Hidayətqızı